İraqdakı hücumlar 5 Amerika əsgərinin ölümünə səbəb olub

Birləşmiş Ştatların İraqdakı hərbi rəsmilərinin bildirdiyinə görə, həyata keçirilən iki ayrı-ayrı hücumlar nəticəsində 5 Amerika əsgəri öldürülüb. Əsgərlərdən dördü dünən Bağdadda yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində, bir əsgər isə İraqın şmalındakı əməliyyatlar zamanı həlak olub.

Hərbiçilər dünən İraqda Əl-Qaidə yaraqlılarına qarşı əməliyyatlar zamanı 8 yaraqlının öldürüldüyünü, 22-nin ələ keçirildiyini bildirirlər. Yaraqlılara qarşı əməliyyatların cümə axşamı və cümə günü keçirildiyi və Mosul şəhəri yaxınlığında ələ keçirirlən yaraqlılardan birinin Əl-Qaidə liderlərindən biri olduğu deyilir.