Mit Romni seçki marafonundan çıxdı

Massaçusets ştatının keçmiş qubernatoru Mit Romni Respuiblikaçılar partiyasından ABŞ prezidentliyinə namizədləyini geri götürüb. Romni bunu Vaşinqtonda elan etdi.

Super çərşənbə axşamı bəzi ştatlarda qələbə əldə edən Romni rəqibi Makkeyndən geridə idir. Con Makkeyn 24 ştatda ilkin seçkilərdən sonra öz partiyasından namizədlər arasında xeyli irəlidəri. Mit Romni seçki kampaniyasına özünün milyonlarla dollar vəsaitini xərcləmişdi.