İran ABŞ-ın Tehranın fəza proqramı ilə bağlı narahatlıqlarını əhəmiyyətsiz sayır

İran rəsmiləri ABŞ-ın İranda hazırlanan peyki orbitə çatdıracaq raket sınağı keçirdikdən sonra Tehranın fəza proqramı ilə bağlı narahatlığını əhəmiyyətsiz qoyub. Hökumətin sözçüsü deyib ki, başqa ölkələr elmi nailiyyətlərə görə narahat olmamalıdır. İran dünən özünün ilk fəza mərkəzini yaradaraq, raket sınağı keçirib. Rəsmilər bildiriblər ki, ölkənin şimalında Semnan vilayətindəki bu yeni obyektdən “Ümid” adını daşıyan peyk gələn ilin əvvəli fəzaya buraxılacaq.

Vaşinqtonda Ağ ev testi təəssüfedici hal kimi qiymətləndirərək bəyan edib ki, bununla Tehran özünü dünyadan daha da təcrid edəcək. Ağ evin sözçüsü Dana Perino İranın raketini ballistik raket adlandırıb.

Vaşinqtonda və Avropada rəsmilər İranın raket proqramı ilə bağlı narahatlıqlarını bildirmiş və Tehranı nüvə silahı istehsal etmək üçün texnologiyaların inkişaf etdirilməsində günahlandırmışdır. İran bu iddiaları rədd edəcək hər iki proqramın dinc mahiyyət daşıdığını bildirir. Fəza proqramını hələ bir neçə il bundan əvvəl inkşaf etdirməyə başlamış İran elmi araşdırmalar və telekommunikasiya sistemini inkşaf etdimək üçün fəzaya peyklərin fəzaya göndərmək istədyini bildirmişdir. İranın ilk peyki Rusiya tərəfindən hazırlanmış və 2005-ci ilin oktyabrında Rusiya raketi tərləfindən fəzaya çıxarılmışdır.