Əfqanıstanda general Dostumun evi qısa müddətə mühasirəyə alınıb

Əfqanıstandan alınan xəbərdə bu gün Kabildə general Əbdul Rəşid Dostumun evinin qısa müddətə mühasirəyə alındığı bildirilir. General Dostum və 50-yə yaxın yaraqlı onun keçmiş müttəfiqi Əkbər Bəyin evinə hücum etmiş, atışma zamanı Əkbər Bəyin və onun cangüdənlərindən birinin yaralandığı deyilir Rəsmilərin bildirdiyinə görə Dostumun yaraqlıları Əkəbər Bəyi və onun ailə üzvlərini girov götürmüş, lakin polisin müdaxiləsindən sonra girovları azad etmişlər.

2004-cü ildə Əfqanıstan prezidentliyinə namizədliyini irəli sürən Dostum regionda güclü nüfuza malik hərbi komandirlərdən biridir. Prezident Həmid Karzai o zaman ona yüksək vəzifələrdən sayılan, hərbi məsləhətçi vəzifəsini tapşırmışdı.