Berlində nəqliyyat işçiləri tətil elan edib

Almaniyanın paytaxtı Berlin şəhərində nəqliyyat işçilərinin tətili yüz minlərlə sərnişinin işlərinə getməsində çətinlik yaradıb. Təqribən 12000 qatar və avtobus sürücüsü gecə yarıdan etibarən tətilə başlayıb. Tətilin 39 saat davam edəcəyi bildirilir. Nəqliyyat işçiləri maaşlarının 8-12 faiz artırılmasını tələb edir. Lakin dəmir yolu və avtobus şirkəti belə artımın öhdəsindən gələ bilməyəcəyini bildirir. Qeyd edək ki, Berlinin tranzit sistemindən hər gün 2.5 milyon insan istifadə edir.