ABŞ senatında iki iqtisadi stimullaşdırma planı ilə bağlı debatlar təxirə salınıb

ABŞ senatında iki iqtisadi stimullaşdırma planı ilə bağlı debatlar gələn həftəyədək təxirə salınıb. Senatın maliyyə komitəsi Nümayəndələr Palatasında təsdiq edilən iqtisadi stimullaşdırma planından daha böyüyünü təsdiq etmişdi. Bu plan 100 milyon ailə üçün gəlirindən asılı olaraq, 600-dən 1200 dollara qədər, ikinci plan isə gəlirlərindən asılı olmayaraq, yaşlılar da daxil edilməklə, haqqı çatan hər bir amerikalı üçün 500-lə 1000 dollar arasında vergi ixtisarını nəzərdə tutur. Senatın demokrat əksəriyyətinin lideri Harri Rid debatları lazımi 60 səsin çatmaması səbəbi ilə təxirə salıb. Respublikaçı lider Mitç Makonnel qanunvericiləri Nümayəndələr Palatasının daha az vəsait tələb edən iqtisadi stimullaşdırma planını təsdiq etməyə çağırır.