Dəyirmi Masa: Azərbaycanda insan hüquqları

2007-ci il Azərbaycanda insan hüquqlarının durumuna dair hesabatında Human Rights Watch təşkilatı ölkədə vəziyyətin yaxşı olmadığını və hökumətin müxalifəti və müstəqil mətbuatı susdurmağa yönəlik addımlar atdığını bildirib. Ələlxüsus çoxlu sayda jurnalistlərin həbs olunmasından narahatlığını bildirən hesabatda həmçinin beynəlxalq təşkilatların və ABŞ-ın da rəsmi Bakını insan hüquqlarına hörmət etməyə çağırdığını önə çəkib. Həmin hesabatı və orada əks olunan müddəaları müzakirə etmək üçün dəyirmi masa söhbətimizə İnsan Hüquqları və Qanuna Riayət Olunması Bürosunun rəhbəri Səidə Qocamanlı və hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlını dəvət etmişik.