ABŞ prezidenti Corc Buş Konqres qarşısında çıxış edəcək

ABŞ prezidenti Corc Buş bu gün Konqres qarşısında illik hesabat məruzəsi ilə çxış etməlidir. Ağ Evin bildirdiyinə görə, prezidentin çıxışı ABŞ iqtisadiyyatının tənəzzülə uğramasına mane olunması planları üzərində mərkəzləşəcək. Corc Buşun terrorizmdə şübhələnilənlərin danışıqlarının dinlənməsinə yenidən səlahiyyət verilməsi üçün Konqresə müraciət edəcəyi gözlənilir. Prezident Buş Fələstin dövlətinin yaranmasına yol aça biləcək sülh razılığını da müzakirə etməlidir.

Prezidentlik dönəminin sonuncu ili Corc Buşun auditoriyasına senatorlar, Nümayəndələr Palatasının üzvləri, Ali Məhkəmənin hakimləri və yüksək rütbəli hərbiçilər daxil olacaq.