Türkiyədə baş örtüyü qadağasının aradan qaldırılması haqda razılıq əldə edilib

Türkiyənin hakim partiyası və müxalifət universitetlərdə illər uzunu tətbiq edilən İslamçı baş örtüyü qadağasını aradan qaldırmaq haqda razılığa gəliblər. Hakim Ədalət və İnkişaf Partiyası və sağçı Milliyətçi Hərəkət Partiyası konstitusiya düzəlişlərini yaxın günlərdə parlamentə təqdim edəcəklər. Birlikdə onların təklifi təsdiq etmək üçün kifayət edəcək səsləri var. Türkiyə Prezident Abdulla Gül universitetilərin bütün inamlar və baxışlara açıq olmasının vacibliyini vurğulayıb. Qadağalar hələ də məktəblərdə və ictimai idarələrdə tətbiq olunacaq. Türkiyədə baş örtükləri ictimai idarələrdə, məktəblərdə və universitetlərdə 1980-ci illərdə qadağan edilmişdi.