Cənubi Vəziristanda İslamçı yaraqlılara qarşı əməliyyatlar davam edir

Pakistanın hərbi qüvvələri vertolyotların və artilleriyanın köməyi ilə Cənubi Vəziristanda İslamçı yaraqlılara qarşı keçirdikləri əməliyyatlar zamanı 40 yaraqlının öldürüldüyünü və 30-nun həbs edildiyini xəbər verirlər. Əməliyyatlar zamanı 8 əsgərin də öldüyü bildirilir.

Hərbiçilər deyirlər ki, ölkənin Spinkay Rağazay, Nəvazkot və Tiarza ərazilərində Taliban və Əl-Qaidə yaraqlılarına qarşı əməliyyatlar zamanı 32 əsgər yaralanmışdır.