İraqın Mosul şəhərində intiharçı bomba hücumu polis rəisinin və iki polis işçisinin ölümünə səbəb olub. Hadisə polis işçilərinin dünən şəhərin sünni məhəlləsində ölümlə nəticələnən raket hücumunun baş verdiyi yeri yoxlamasından sonra baş verib. Rəsmilər intiharçının polis uniforması geymiş şəxsin pois rəisi, briqada generalı Falih Məhəmməd Həsənə yaxınlaşaraq, bombanı partlatdığını deyirlər. Polis rəisinin təcili xəstəxanaya çatdırılmasına baxmayaraq, rəis orada vəfat etmişdir.
Vilayətin yüksək səviyyəli rəsmisi Hişam Əl-Həmdaninin dediyinə görə, dünənki raket hücumu nəticəsində 34 nəfər ölmüş, 200-dən çox adam yaralanmışdır.