Serbiyada prezident seçkilərinin yeni raundu təşkil edilir

Serbiyanın prezident seçkilərində ultramillətçi Tomislav Nikoliçin cüzi fərqlə qələbəsindən sonra seçkilərin yeni raundu təşkil edilir. Mərkəzi Seçki Komissiyası və müstəqil müşahidəçilərin dediyinə görə, Nikoliç səslərin 39, prezident Tadiç isə 35 faizini əldə edib. Yekun nəticələr hələ elan edilməyib. Onların hər ikisi də Kosovonun müstəqilliyinin əleyhinədir. Lakin hazırkı prezidentdən fərqli olaraq Tomislav Nukoliç Kosovonun müstəqilliyini tanıyan hər bir ölkəyə qarşı sərt ölçülər götürüləcəyi barədə xəbərdarlqıla çıxış edir.