Qəzzanın blokadası davam edir


" hspace=2 src="/azerbaijani/images/ap_israel_palestinians_gaza_2jan08_eng_1951.jpg" width=210 align=left vspace=2 border=0>Fələstin rəsmiləri bildirirlər ki, İsrail təhlükəsizlik blokadasının yanacaq təminatını kəsməsi ilə Qəzzanın yeganə elektrik stansiyasının işi dayanıb. İsrail keçən cümə günündən bəri Fələstin yaraqlılarının İsrailə qarşı hücumlarına cavab olaraq bütün keçid məntəqələrini bağlayıb. BMT yoxlanış məntəqələrinin bağlanmsının Həmasın nəzarəti altındakı Qəzzada onsuz da qıtlıq içərisində yaşayan bir milyondan artıq vətəndaşın vəziyyətini daha da ağırlaşdırğını deyir.

Qeyd edək ki, bu həftə İsrail ordusunun hücumları nəticəsində yaraqlıların liderinin və onun həyat yoldaşının, eləcə də çoxu yaraqlı olmaqla 30-a yaxın fələstinlinin öldürülməsindən sonra vəziyyət daha da ağırlaşıb.