Bobbi Fişer dünyasını dəyişib

Şahmat üzrə sabiq dünya çempionu Bobbi Fişer 64 yaşında dünyasını dəyişib. Onun böyrək problemləri səbəbi ilə uzun müddətli xəstəlikdən sonra İslandiyanın Reykyavik xəstəxanasında vəfat etdiyi bildirilir. Amerika Birləşmiş Ştatlarında doğulan Fişer 1972-ci ildə Sovet şahmat ustası Boris Spasskini məğlub etməklə məşhurlaşmışdı. 1992-ci ildə keçmiş Yuqoslaviyada Spasski ilə cavab matçında yenidən qələbə çaldıqdan sonra Amerika Fişeri beynəlxalq sanksiyalara əməl etməməkdə günahlandırmışdı. Fişer ABŞ vətəndaşlığından imtina etdikdən sonra 2005-ci ildə İslandiya vətəndaşlığını qəbul etmişdi.