Çin nüvə proqramına dair İranla eyni mövqedən çıxış edir

İranın nüvə müzakirəçisi Səid Cəlili Çinin nüvə proqramına dair İranla eyni mövqedən çıxış etdiyini deyib. Pekində Çin rəsmiləri ilə görüşlərindən sonra müxbirlərlə danışan nümayəndə deyib ki, hər iki ölkənin İrana qarşı sanksiyalara dair baxışı eynidir. Nüvə silahlarının yayılmaması əleyninə və hər bir ölkənin dinc mahiyyətli nüvə enerjisi istehsal etməyə haqqı olduğunu deyən Cəlili təfərrüata varmayıb. İranı BMT-nin bütün suallarını cavablandırmağa çağıran Çin bu ölkəyə qarşı sanksiyaların tətbiqinin əleyhinədir.