Böyük Britaniya Rusiyada iki mədəniyyət ocağını bağlayıb

Böyük Britaniya rəsmiləri ölkənin Rusiyadakı iki mədəniyyət ofisinin bağlandığını bildirib. Britaniya konsulluğunun icraçı direktoru Martin Davison bu gün deyib ki, o, Sankt Peterburq və Yekaterinburq ofislərinin fəaliyyətlərini müvəqqəti dayandırıb. Onun sözlərinə görə, Rusiya ofislərin fəaliyyəti davam etdirməsinə icazə vermir. Bu gün Britaniya parlamentində danışan ölkənin xarici işlər naziri Deyvid Milibandın sözlərinə görə, Rusiyanın bu əməli beynəlxalq qanunlara riayət etdiyinə dair ciddi suallar doğurur. Bu həftə Britaniya konsulluğunun işçilərinin sorğu-suala çəkilməsi gərginləşən Rusiya Britaniya münasibətlərində sonuncu insidentdir.