Keniya polisi nümayişçilərə qarşı zorakılıqları davam etdirir

Keniyanın müxalifət lideri Raila Odinqa bildirib ki, prezident Mvai Kibakinin yenidən prezident seçilməsi əleyhinə nümayişlərin ikinci günü polis yeddi nəfəri qətlə yetirib. Şahidlərin verdiyi məlumata görə, polis paytaxt Nairobidə və ölkənin qərbində yerləşən Kisumu şəhərində yüzlərlə müxalifət tərfadarına qarşı gözyaşardıcı qaz və güllələrdən istifadə edib.

Müxalifət hökumətin keçən ay prezident seçkisini saxtalaşdırdığını bildirərək, cümə gününə qədər etiraz nümayişləri keçirilməsinə çağırıb. Dünən nümayişlərin birinci günü polis minə yaxın adamın nümayişə toplaşdığı Kisumudə dörd nümayişçini qətlə yetirmişdi.