İraqda hakim Əmir Cövdət Əl-Naib qətlə yetirilib

İraq rəsmilərinin bildirdiyinə görə, Bağdadın Mənsur rayonunda silahlı şəxslər tərəfindən hakim Əmir Cövdət Əl-Naib qətlə yetirilib. Onların işə yollandıqları vaxt maşınlarına edilən hücum nəticəsində hakimin sürücüsü də öldürülüb. Son illər İraqda həkimlər, vəkillər, alimlər və digər peşəkar insanlar təriqətlərarası zorakılıqların qurbanına çevrilib.