İsrail rəsmiləri deyirlər ki, baş nazir Ehud Olmert İranın nüvə silahları əldə etməsinin qarşısını almaq üçün heç bir imkanı nəzərdən qaçırmayacaq. Parlament komitəsi qarşısında çıxış edən cənab Olmert hesab etdiyini bildirib ki, Tehranın nüvə silahı əldə etməsinin qarşısını alacaq hər hansı bir tədbir “legitimdir”. İran prezidenti Mahmud Əhmədinejad Yəhudi dövlətinin xəritədən silinməsinə səsləyib. Son ABŞ kəşfiyyat təxminləri ilə razılaşmayan İsrail İranın gizlində nüvə silahına can atdığını düşünür.