Pakistanlılar Benazir Bhuttonun qətlində hökumətdən şübhələnirlər

Pakistanda keçirilən sorğu göstərir ki, ölkə əhalisinin yarısı sabiq baş nazir Benazir Bhuttonun sui-qəsdində hökumətin əli olduğuna inanır. İctimai rəy sorğusunda 48 faiz Pakistanlı xanım Bhuttonun qətlində hökumət agentlərinin və ya hökumətlə bağlı olan siyasətçilərin məsuliyyətli olduğunu deyib. Respondetlərin yarısı habelə xarici ekspertlərin sui-qəsdi araşdırmasını və sabiq baş nazirin 19 yaşlı oğlu Bilavalın Pakistan Xalq Partiyasının rəhbərliyinə keçməsini dəstəkləyir. Qeyd edək ki, xanım Bhutto dekabrın 27-si Ravalpindidə yürüşdən sonra sui-qəsd nəticəsində qətlə yetirilib.