ABŞ prezidenti Ağ Evdə  Türkiyə prezidenti ilə görüşüb

ABŞ prezidenti Corc Buş və Türkiyə prezidenti Abdulla Gül bu gün Ağ evdə görüş zamanı İraqda vəziyyət və Ankaranın Avropa Birliyinə üzvlük məsələsini müzakirə ediblər. Türkiyəni Birləşmiş Ştatların müttəfiqi adlandıran ABŞ prezidenti Corc Buş hər iki ölkənin terrorizm kimi ümumi bir problemlə qarşılaşdığını bildirdi. Cənab Buş dedi ki, Kürdüstan Fəhlə partiyası PKK Türkiyə, İraq və Bilrəşmiş Ştatlara təhlükə törədən terrorçu qrupdur.
Prezident Buş habelə Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsinə dəstəyini ifadə edərək Türkiyəni Avropa ilə islam dünyası arasında körpü adlandırdı. O dedi ki, Türkiyə islam dininin demokrat dövlət prinsiplərilə bir araya gələ bildiyi fantastik bir nümunədir.
Türkiyə prezidenti Abdulla Gül öz növbəsində bildirdi ki, onun ölkəsi və Amerika Birləşmiş Ştatları birgə baxışlara malikdir və hər iki ölkə sülh və tərrəqi, habelə PKK-ya qarşı mübarizədə birgə iş aparacaq.