ABŞ-ın Ali Məhkəməsi öldürücü inyeksiyalarla bağlı dinləmələrə başlayıb

Bu gün ABŞ-ın Ali Məhkəməsi məhbusların ölüm hökmlərinin öldürücü inyeksiyalarla icrasının konstitusiyaya zidd olub-olmadığına dair dinləmələrə başlayıb. Dinləmələr Kentuki ştatında ölüm cəzası altında olan iki məhbusun apelyasiyasından sonra keçirilir. Belə ki, inyeksiya yolu ilə həyata keçirilən hökmlərin ağrılı və iztirablı olduğu deyilir. İnyeksiyada istifadə edilən dərmanlardan biri insanı huşsuz, digəri bədəni iflic edir, üçüncüsü isə ürəyin döyüntüsünü dayandırır.