Fələstinin Həmas qrupunun bildirdiyinə görə, İsrail qüvvələri ilə qarşıdurma zamanı iki döyüşçü öldürülüb. Qarşıdurmanın Qəzzanın Beyt Hanun şəhərində baş verdyi bildirilir. İsrail ordusunun sözçüsü həmin yaraqlıların ayrı-ayrı insidentlər zamanı öldürüldüyünü deyib. Dünən Qəzza Zolağında İsrail hərbi qüvvələri ilə yaraqlılar arasındakı qarşıdurma azı 9 fələstinlinin ölumunə, bir neçə uşaq da daxil edilməklə, 30-dan çox adamın yaralanmasına səbəb olmuşdu.