Türkiyədə bomba partlayışında əli olduğundan şübhələnilən  4 adam nəzarət altına alınıb

Türkiyənin Diyarbakır şəhərində 5 adamın ölümü, 70-nin yaralanması ilə nəticələnən dünənki bomba partlayışında əli olduğundan şübhələnilən 4 adam nəzarət altına alınıb. Rəsmilərin bildirdiyinə görə, bomba uzaqdan idarə edilmişdi. Ölənlərin ikisinin yeniyetmə, yaralananların 30-nun əsgər olduğu bildirilir. Partlayış güclü yanğına səbəb olmuşdu. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hücumu pisləmişdir. Hadisənin məsuliyyətini üzərinə alan olmasa da, Türkiyənin səlahiyyətli nümayəndələri PKK üsyançılarını günahlandırır.