Abdulla Gül Kipr sülh prosesini canlandırmaq istəyir

Türkiyə prezidenti Abdulla Gül durğunluq vəziyyətində olan Kipr sülh proseseni canlandırmaq üçün BMT baş katbi Ban Ki Muna təzyiq göstərəcyini bəyan edib. Cənab Gül bu gün bu açıqlamanı Kipr türklərinin lideri Mehmet Əli Tələtlə birgə mətbuat konfransı zamanı verib. Kiprin beynəlxalq ictimaiyyət tərəfindən tanınan yunan və şimalda türklərin yaşadığı hissələrə bölünməsi Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsini təhlükə altına alır. Prezident Gül Nyu Yorkda BMT baş katibi Ban Ki Munla görüşməzdən əvvəl gələn həftə Ağ evdə prezident Buşla danışıqlar aparmaldır.