Rusiya prezidentinə sui-qəsd şaiyələrində günahlandırılan şəxs həbs edilib

İranın xəbər agentlikləri Rusiya prezidenti Vladimir Putinin keçən oktyabr ayında Tehrana səfəri ərəfəsində ona qarşı hazırlanan siu-qəsd barədə şaiyələr yayan şəxsin İran tərəfindən həbs edildiyini bildirirlər. İranın Fars Xəbər Agentliyi şaiyələr yaymaq ittihamı ilə keçən həftə həbs edilən həmin şəxsin telekommunikasiya şirkətində işlədiyini bildirmişdir. Həmin şəxs barədə əlavə heç bir məlumat verilmir.

Cənab Putin isə Rusiyanın xəbər agentliklərinin sui-qəsd barədə məlumatını onun Tehrana səfərini əngəlləmək məqsədi daşıdığını bildirib. İran isə bu şaiyənin iki ölkə arasındakı münasibətləri pisləşdirməyə yönəldiyini deyib.