Serbia Prezidenti Boris Tadiç deyir ki, onun ölkəsi Kosovonun Serbiya tərkibində qalması üçün əlindən gələni edəcək. Eyni zamanda o Serbiyanın Avropa ilə münasibətlərini yaxşılaşdıracağını bildirib. Serbiya parlamenti Kosovonun müstəqilliyini tanıyacaq Avropa dövlətləri ilə əlaqələri məhdudlaşdıracaq qətnaməni müzakirə edir. Qətnamədə Avropa birliyinin kosovnun müstəqilliyini tanımaq məramı kəskin tənqid edirlir. Kosovonun etnik Alban çoxluğunun liderləri yaxın gələcəkdə müstəqillik elan edəcəklərini bəyan ediblər. Bir çox Qərb dövlətləri, o cümlədən Birləşmiş Ştatlar Kosovonun bir daha Serbiyanın tərkib hissəsi olmayacağını bəyan ediblər.