"Toyota" 2008-ci ildə dünyanın ən qüdrətli şirkəti olmaq istəyir

Yaponiyanın Toyota şirkəti dünyanın ən böyük avtomobil istehsalçısı Generel Motorsu üstələməyi planlaşdırır. Şirkətdən bu gün bildiriblər ki, onlar bu il 9.5 milyon avtomobil istehsal edəcəklər. Toyotadan həmçinin, 2008-ci ildə satış və istehsalat sahəsində görüləcək işlər barədə açıqlama verilib. Şirkət gələn il 2007-ci ildən 5 faiz çox – 10 milyon avtomobil düzəltməyi planlaşdırır. Bu addım,Toyotanı uzun müddətdir avtomobil istehsalında dünya lideri olan “General Motors”u üstələməsinə gətirib çıxaracaq. ABŞ şirkəti olan GM 1978-ci ildə 9.5 milyon maşın istehsal etməklə sənaye rekorduna sahibdir. Toyota Çin və Rusiya kimi bəzi ərazilərdə əhatə dairəsini genişləndirir.