Somalidə girov götürülən fransız jurnalist sərbəst buraxılıb

Keçən həftə Somalidə naməlum silahlılar tərəfindən oğurlanan fransız jurnalist Qven Le Qoil sərbəst buraxıldıqdan sonra Fransaya qayıdır. Rəsmilər deyir ki, Qoil 8 gün Puntlənd regionunda əsirlikdə qaldıqdan sonra bu gün Somalini tərk edib. Silahlılar jurnalisti dekabrın 16-da Bossaso şəhəri ətrafında oğurlamışdılar. Rəsmilər dünən Le Qoilin qarşılıqsız azad edilməsinə nail olublar. Sərhədsiz Repartyorlar qrupu jurnalistin sərbəst buraxılmasını alqışlasa da, oğurluğun bölgədə xaricilər üçün xəbərdarlıq işarəsi olduğu deyib.