Özbəkistan prezidenti avtoritar hakimiyyətini davam etdirəcək

Özbəkistan prezidenti İslam Kərimov dünənki seçkilərdən sonra 18 illik avtoritar hakimiyyətini davam etdirəcək. Qeyd edək ki, seçkilər beynəlxalq müşahidəçilər tərəfindən qeyri-demokratik adlandırılmışdı. Seçki komissiyanının bidlirdiyinə görə, seçicilərin 90%-i səsvermədə iştirak edib və cənab Kərimov səslərin 88.1%-ni əldə edib.

Müxalifət seçkiləri bir namizədli Sovetsayağı seçkilər adlandırıb. ATƏT-in seçkiləri monitorinq edən müşahidəçi qrupunun bu gün açıqladığı bəyanatda prezident seçkilərinin demokratik standartlara cavab vermədiyi deyilir.