Fələstinin tibb rəsmiləri bildirirlər ki, Qəzza Zolağında İsrailin hərbi əməliyyatları nəticəsində 4 yaraqlı öldürülüb. Rəsmilər İsrail hərbiçiləri ilə yaraqlılar arasında qarşıdurmanın İsraillə sərhəddə yerləşən qaçqın düşərgəsi Maqhazi yaxınlığında baş verdiyini deyirlər.
İsrail hərbi qüvvələri bu insidentin terrorizmə qarşı əməliyyat olduğunu bildirir. Qeyd edək ki, dünən İsrail Həmas lideri İsmayil Haniyenin atəşkəs barədə təklifini rədd etdi.