2008-ci il ABŞ hökumətinin məsrəflərinə dair qanun təsdiq edilib

ABŞ Senatı 2008-ci il hökumətin məsrəflərinə dair qanunu təsdiq edib. Buraya İraq və Əfqanıstandakı hərbi əməliyyatlar üçün nəzərdə tutulan 70 milyard dollarlıq vəsait də daxildir. 76 lehinə 17 əleyhinə səslə təsdiq edilən 555 milyardlıq qanun sentyabr ayınadək onlarla hökumət agentliyi və onların müxtəlif proqramlarını maliyyələşdirəcək. İraq və Əfqanıstandakı hərbi əməliyyatlar üçün nəzərdə tutulan vəsait 70-25 səslə, demokratların etirazı olmadan təsdiq edilib. Hazırda qanun Nümayəndələr Palatasına təqdim edilib. Sənədin təsdiqi ilə bağlı səsvermə bu gün keçirilməlidir.