Malaziyada müxalifət fəalları həbs edilib

Malaziya polisi baş nazir Abdulla Badavi hökumətinə qarşı müxalifətdə olan 20 nəfər fəalı həbs edib. Şahidlərin bildirdiyinə görə, bu gün paytaxt Kuala Lumpurda azad seçkilər tələbi ilə parlamentə yürüş etmək istəyən müxalifət fəallarının qarşısını almaq üçün küçələri bağlamış və bir çox fəalı həbs etmişlər. Müxalifətçilər Malaziyanın Seçki Komissiyasının sədrinin səlahiyyət müddətinin uzadılmasına etiraz edirlər.

Rəsmilər ölkənin əsas liderlərindən olan Ənvər İbrahimin Türkiyədən qayıdarkən nəzarət altına alındığını bildirirlər. Rəsmilər onun nə səbəbdən nəzarət altına alındığı barədə məlumat vermirlər. Lakin medianın bildirdiyinə görə o, polisin axtarış siyahısında olub.