İran prezidenti Mahmud Əhmədinejad İrana qarşı yeni sanksiyaların heç bir qanuni əsası olmayacağını deyib. Bu gün Tehranda danışan prezident Amerikanın İranın 2003-cü ildə bütün nüvə proqraqmalarını dayandırdığına dair kəşfiyyat hesabatını irəliyə doğru addım adlandırıb. İran prezidenti bu kimi gələcək addımların regional məsələlər barədə qətnaməyə yol açacağını bildirib. Mahmud Əhmədinejadın çıxışı BMT-nin Təhlükəsilzik Şurasının İrana qarşı yeni sanksiyalar barədə qətnamə layihəsini müzakirə etdiyi vaxta təsadüf edir. ABŞ, Britaniya, Rusiya, Çin və Almaniya rəsmiləri məsələni bu gün telefonla müzakirə edir.