Əfqanıstanın Musa Qala şəhərində yeni əməliyyatlar başlayıb

Əfqanıstanın Müdafiə nazirliyi bildirir ki, əfqan və NATO qüvvələri Əfqanıstanın cənubundakı Musa Qala şəhərində 12 yaraqlını və 2 uşağı öldürüblər. Ölkənin müdafiə nazirinin sözçüsü general Məhəmməd Zahir Əzimi deyib ki,qüvvələr Helmənd vilayəti ətrafına dünən yerləşdirilib. Ərazidə döyüşlərin başlaması səbəbilə 300 mülki vətəndaş evlərini tərk edib. Ordudan verilən açıqlamada deyilir ki, öldürülənlər arasında yüksək rütbəli Taliban komandiri də var. Komandirin ABŞ və NATO əleyhinə bir neçə hücumlarda iştirak etdiyi iddia olunur. Taliban yaraqlıları fevral ayından Musa Qalaya nəzarət edirlər. Nəzərət onların əlinə Böyük Britaniya qoşunlarının geri çəkilməsi və təhlükəsizlik məsuliyyətini yerli orqanlara verməsindən sonra keçib. Taliban Musa Qalanın müdafiəsi üçün 2 mindən çox silahlının hazır vəziyyətdə olduğunu deyib.