ABŞ dövlət katibi Brüsseldə rusiyalı həmkarı ilə görüşüb

ABŞ dövlət katibi Kondoliza Rays bu gün Brüsseldə rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirib, İranla bağlı kəşfiyyat hesabatını müzakirə edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya kəşfiyyatı İranın nüvə proqramına malik olduğuna dair heç vaxt dəlil əldə etməyib. Rusiya Amerikanın BMT-nin İrana qarşı əlavə sanksiyalar tətbiq edilməsinə göstərdiyi təzyiqlərin də əleyhinədir. Dünən Belçikanın xarici işlər naziri Karel De Quçt demişdi ki, NATO və Avropa İttifaqının nazirləri ABŞ-ın İranın nüvə fəaliyyətlərini 2003-cü ildə dayandırdığı deyilən kəşfiyyat hesabatına baxmayaraq, o ölkəyə təzyiqlərin davam etdirilməsi barədə razılıq əldə ediblər.