Robert Geyts sabit və təhlükəsiz İraqa nail olmağın mümkün olduğunu deyib

ABŞ müdafiə naziri Robert Geyts Bağdadda səfərdə olarkən şəhərdə baş verən bomba partlayışı 14 adamın həyatına son qoyub. Zorakılıqlara baxmayaraq Geyts müxbirlərə bildirib ki, sabit və təhlükəsiz İraqa nail olmaq mümkündür. O, təhlükəsizlik sahəsində proqresi nəzərdən keçirmək üçün İraqa elan olunmamış səfər edib.

Bağdadın Karrada rayonunda maşın partlaması nəticəsində 28 adam yaralanmış və daha sonra atışma baş vermişdir. Bu, bu gün Bağdadda baş verən dördüncü bomba partlayışıdır. Bundan əvvəl Mosulda, Baquba və Kərkükdə baş verən partlayışlar zamanı ən azı 8 adam həlak olmuşdu.