ABŞ-da Yaxın Şərq Sülh Konfransı işinə başladı

Bu gün Merilend ştatının Annapolis şəhərində bir günlük Yaxın Şərqdə Sülh Konfransı keçirilir. Prezident Buş bu konfransın vaxtında keçirildiyini deyib. Lakin o, keçən gecə dövlət katibi Kondoliza Raysın təşkil etdiyi şam ziyafətindəki çıxışı zamanı kompromis əldə edilməsinin çətin olacağını deyib. Cənab Buş deyib ki, bu yığıncağı təşkil etməkdə məqsəd iki demokratik ölkənin dinc-yanaşı yaşamasına nail olmaqdır.

Bu konfransda bir neçə beynəlxalq təşkilatın və 50-yə yaxın ölkənin nümayəndəsi iştirak edir. Qeyd edək ki, bu son on ildə ilk dəfədir ki, İsrail Ərəb dövlətlərinin əksəriyyəti və Ərəb Liqasının nümayəndələri ilə görüşür.