Həmas və İsrail müxalifəti Yaxın Şərq sülh konfransına etiraz edir

On minlərlə Həmas tərəfdarı Anapolis şəhərində keçirilən konfransa etiraz etmək üçün bu gün Qəzzada toplaşıblar. Etirazçılar Həmas və fələstinlələrin bayraqlarını dalğalararaq “Amerikaya Ölüm” və “İsrailə Ölüm” şüarları səsləndiriblər. Qəzzaya nəzarət edən Həmas fələstinlilərin prezidenti Mahmud Abbası satqın adlandırıb. Yaraqlı qrup İsraili tanımır və konfransa dəvət olunmayıb. İordan çayının qərb sahilində də kiçik etirazçı qrupunu təhlükəsizlik qüvvələri dağıdıb. İnsident zamanı dəyənəklərdən istifadə edən polis bir neçə nümayişçini həbs edib. Dünən İsrailin minlərlə müxalifət üzvü sülh konfransını ifşa etmək üçün Qüds boyunca yürüş keçirib. Müxalifət lideri Benjamin Netanyau sammitin birtərəfli güzəştlərin davamı olduğunu deyib.