Gürcüstanın hakim Milli Birlik Hərəkatı partiyası bu gün prezident Mixail Saakaşvilinin yenidən prezident seçilməsi üçün nominasiyasını irəli sürüb. Dünən parlament baş nazir vəfizəsinə Lado Qurgenidzeni təsdiq edib. Prezident Saakaşvili Tbilisə 6 gün davam edən kütləvi etiraz aksiyalarından sonra prezident seçkilərinin yanvar ayının 5-ə təyin edib. Gürcüstan müxalifəti prezidenti korrupsiyda ittiham edərək, vəzifəsindən istefa verməyə çağırıb. Gürcüstan lideri nümayişçilərin polislə toqquşmasından sonra ölkədə elan etdiyi fövqəladə vəziyyəti bir həftədən sonra ləğv etmişdi.