Bu gün Parisdə genişmiqyaslı etiraz aksiyaları keçirilib. Maaşlarının artırılması və iş şəraitlərinin yaxşılaşdırılması tələbi ilə müəllimlər, poçt, hava yolları və digər mülki işçilər bu gün işə çıxmamışlar. Fransada bir çox məktəblər bağlanmış, hava limanlarında uçuşlar təxirə salınmışdır. Qəzet işçiləri nümayişçilərə qoşulduqları üçün çox qəzet nəşr edilməmişdir.
Qeyd edək ki, bu gün keçirilən genişmiqyaslı nümayişlər nəqliyyat işçilərinin pensiya müavinətlərinin kəsilməsi barədə xəbərdən sonra başlanan etiraz aksiyalarının davamıdır. Bu, prezident Nikola Sarkozinin islahatlar paketinə daxil olan təkliflərin bir hissəsidir.
Bütün bunlarla yanaşı bildirilir ki, Fransa universitetlərindən bağlananlar da var. Tələbələr hökumətdən təhsildə islahatlar tələb edirlər.