ATƏT-in müşahidəçi qrupu Rusiya seçkilərində iştirak etməyəcək

ATƏT-in müşahidəçi qrupu dekabr ayının 2-də Rusiyada keçiriləcək seçkilərin monitorinqində iştirak etməyəcəyini bəyan edib. Qrup buna səbəb kimi Rusiyanın seçki prosesində tətbiq etdiyi maneələr və məhdudiyyətləri göstərib. Müşahidəçi qrupu həmçinin bildirib ki, Rusiya hökuməti onun göndərmək istədiyi müşahidəçiləri viza ilə təmin etməkdən imtina edir. ATƏT qeyd edib ki, noyabrın əvvəllərində Rusiya hökumətindən 70 müşahidəçinin göndərilməsi barədə dəvətnamə almışdı.