Demokratların nəzarəti altında olan ABŞ Nümayəndələr Palatası İraq və Əfqanıstanda müharibə xərclərinə dair qanun layihəsini təsdiq edib. Beləliklə bu qanun gələn həftələr ərzində qüvvələrin geri qaytarılması prosesinə start verməlidir. 50 milyard dollarlıq bu ölçü Nümayəndələr Paltasında 218 leyhinə, 203 əleyhinə səslə təsdiq edilib. Qanun ABŞ qüvvələrinin İraqdan çıxarılma prosesinin 2008-ci ilin dekbar ayının 15-dək başa çatdırılmasını nəzərdə tutur.
Ağ Ev bu qanunun təsdiqini pisləyərək, qanunvericilərin müharibə əleyhinə olan radikalların maraqlarının ordunun ehtiyacından üstün tutduğunu bildirib. Ağ Evin sözçüsü demokratların prezident Buşun veto qoyacağı daha bir qanun olacağını deyib.