ABŞ Dövlət katibi Pakistan prezidentinin qərarını alqışlayıb

ABŞ Dövlət katibi Kondoliza Rays Pakistan prezidenti Pərviz Müşərrəfin hərbi vəzifəsindən getmək və parlament seçkiləri keçirmək planlarını elan etməsini alqışlayıb. Bu gün televiziya müsahibəsi zamanı xanım rays deyib ki, hər iki addım Pakistanın demokratiya yoluna qaytarmaq istiqamətində vacibdir. Bununla belə, Kondoliza Rays qeyd edib ki, general Müşərrəf bir həftə əvvəl elna etdiyi fövqəladə vəziyyətə son qoymalıdır. Dövlət katibi Rays Pakistanda vəziyyətin yaxşı olmadığını və Birləşmiş Ştatların Pakistan və onun xalqını müdafiə etdiyini deyib.