Qvatemalada Alvaro Kolom prezident seçilib

Qvatemalada dünənki ikinci tur seçkilərində mərkəz-solçu siyasətçi Alvaro Kolom prezident seçilib. Cənab Kolomun qələbəsi Gvatemalanın Seçki Tribunalının səsvermə dairələrinin 95 faizindən əldə etdiyi nəticələrə əsaslanıb. Onun rəqibi Otto Perez Molinaya 5 faiz səslə üstün gəlməklə, səslərin 53 faizini topladığı bildirilir. İki dəfə prezidentlik uğrunda yarışların iştirakçısı olmuş Kolom kampaniyasını yoxsulluqla mübarizə, ölkədə mövcud olan iqtisadi və sosial problemlərin həllinə həsr etmişdi.