Blackwater USA toxunulmazlıq vədi əldə edib

ABŞ rəmsilərinin bildirdiyinə görə, Dövlət Departamenti ötən ay 17 İraq vətəndaşının qətlində günahlandırılan Blackwater USA şirkətinin mühafizəçilərinə toxunulmazlıq vəd edib. Mühafizəçilər sentyabr ayının 16-da Bağdadda mülki vətəndaşları qəsdən öldürdüklərində günahlandırılır. Təhlükəsizlik şirkəti isə iraqlıların ABŞ-ın diplomatik heyətinə hücumlara cavab olaraq açılan atəşin qurbanı olduqlarını iddia edir. Belə bir səlahiyyətə malik olmamasına baxmayaraq, Dövlət Departamentinin toxunulmazlıqla bağlı bəyanatı Federal Təhqiqat Bürosunun istintaqına maneələr yaradıb. Belə ki, şirkətin işçilərinin bəziləri artıq ifadə verməkdən imtina edir.