Kərkükdə intiharçı bomba partlayışı zamanı 8 nəfər həlak olub

İraqın şimalında Kərkük şəhərində intiharçı bomba hücumu nəticəsində 8 nəfər ölüb, 26 nəfər yaralanıb. Polisin verdiyi məlumata görə, intiharçı partlayıcılarla dolu maşını avtobus terminalında partladıb. Bu arada, Bağdadda rəsmilərin bildirdiyinə görə, Diyala vilayətində hörkumət nümayəndələrilə görüşdən sonra azı on qəbilə başçısı oğurlanıb. Polis bildirib ki, İraqda Əl-Qaidə əleyhinə qrupun üzvləri olan qəbilə liderləri şiələrin çoxluq təşkil etdiyi Şaab rayonunda pusquya salınıblar.
Ölkənin cənubunda isə ABŞ hərbi qüvvələri əsas etibarilə şiələrin yaşadığı Kərbəla vilayətinin nəzarətini İraq qüvvələrinə təhvil verməyə hazırlaşır. Kərbəla nəzarəti koalisiya qüvvələrindən iraqlılara keçən 18-ci vilayət olacaq.