Rusiya prezidenti Vladimir Putin yeni Avropa-Rusiya əməkdaşlığı sazişində razılıq əldə olunacağına ümid edir. Cənab Putin bu sözləri Avropa Birliyin – Rusiyan sammitinin başlanğıcında ittifaqın növbəti prezidentliyində olan Portuqaliyanın baş naziri Xose Sokrates və Avropa Komissiyasının prezidenti Xose Manuel Barrosoya deyib. Birlik üzvü Polşa, Rusiyanın bu ölkədən ət idxalını qadağan etməsinə cavab olaraq, danışıqların qarşısını alır. Rəsmi Moskva ilə qurum Serbiyanın Kosovo vilayətinin müstəqilliyi kimi məsələlərdə də razılığa gələ bilmirlər. Rusiya həmçinin İrana yeni sanksiyaların qoyulmasının əleyhinədir.