İsralin baş naziri və fələstinlilərin prezidenti Qüdsdə görüşüblər

İsrailin baş naziri Ehud Olmert və fələstinlilərin prezidenti Mahmud Abbas ABŞ-ın sponsorluğu ilə sülh konfranasından öncə birgə bəyanatla bağlı fikir ayrılıqlarını azaltmağa razı olduqlarını bəyan ediblər. Tərəflər bu gün Qüdsdə danışıqlar aparıblar. İsrail hökumətinin sözçüsü deyib ki, tərəflər 2003-cü ildə İsrail-Fələstin sülhünə dair yol xəritəsi planına sadiq qaldıqlarını bəyan ediblər. Fələstinlilər sənədin nəhayi sərhədlər, Qüdsün stautus və fələstinli qaçqınların taleyi kimi əsas məsələləri əhatə etməsini istəyirlər.