BMT Birmada siyasi barışığa nail olmağa çalışır

Sinqapurun xarici işlər naziri deyib ki, Cənubi Asiya millətləri Birmaya əlavə sanksiyalar tətbiq etməkdə tərəddüd edirlər. Belə ki, bu növ tədbirlər hərbi xuntanın idarə etdiyi milləti bir az da təcrid edə bilər. Georq Yeo deyib ki, sanksiyalar bir elə effektiv olmayacaq və Birmadakı qarşıdurmanı daha da gücləndirə bilər. Hərbi hökumətin çökməsi vətəndaş müharibəsinə rəvac verə bilər. Sinqapur hazırda Birmanın daxil olduğu ASEAN təşkilatına sədrlik edir.

BMT elçisi İbrahim Qəmbəri Sinqapur, İndoneziya və Tailanda səfər edərək, həmin ölkələrin hökumətlərindən Birmada siyasi barışığa vasitəçi olmağı xahiş edib. Qəmbəri təklif edir ki, beynəlxalq ictimaiyyət sanksiyalardan əlavə Birmada dəyişikliyə nail olmaq üçün alternativ kurs arasınlar.